Putin: "Rusiya müharibə istəmir"
Rusiya müharibə istəmir, ona görə də Avropada bərabər təhlükəsizliyi təmin etmək üçün danışıqlar aparmağı təklif edir.
Leqal.info TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla görüşündən sonra keçirilən mətbuat konfransında deyib. Rusiya lideri "Deutsche Welle"nin Avropada müharibə ehtimalını istisna edib-etmədiyinə dair sualına cavabında "Biz bunu istəyirik, yoxsa yox? Təbii ki, yox", - deyə vurğulayıb. “Danışıqlar prosesi ilə bağlı təkliflər irəli sürmüşük ki, bunun nəticəsi hamı, o cümlədən ölkəmiz üçün bərabər təhlükəsizliyin təmin edilməsinə dair razılaşma olmalıdır”, - Putin izah edib. Putinin sözlərinə görə, Moskva dialoqun bu şəkildə inkişaf edəcəyini gözləyir. |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57