"Fənərbağça" Türkiyə Superkuboku oyununun yarımçıq qalmasından sonra açıqlama yayıb

"Fənərbağça"nın mətbuat xidməti Türkiyə Superkubokunun "Qalatasaray"la matçının yarımçıq qalmasından sonra açıqlama yayıb.

"Report"un xəbərinə görə, bu barədə klubun rəsmi saytında yer alan məlumatda deyilir.

“Bu gün meydançaya qalib gəlmək üçün deyil, həqiqəti müdafiə etmək üçün çıxdığımız zaman bunları vurğulamaq istəyirik: 117 illik tariximiz boyunca təkcə futbolda deyil, bütün idman növlərində türk idmanına xidmət etmişik: Muzeyimizdə tər və zəhmətlə qazanılmış minlərlə kubok var.

30 milyon azarkeşimizlə birlikdə ölkəmizin milli dəyərlərini paylaşırıq. Dünyanın ən böyük idman klubu olaraq, dünən olduğu kimi, bu gün də, sabah da mövqeyimizdə dayanmağa davam edəcəyik”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, aprelin 7-də “Fənərbaxça” və “Qalatasaray” komandalarının qarşılaşdığı Türkiyə Superkuboku matçı keçirilib. Artıq ilk dəqiqədə Mauro İkardi "Qalatasaray"ı hesabda irəli çıxarıb. Bu qoldan sonra "Fənərbağça"lılar oyunu boykot edərək meydanı tərk ediblər. Beləliklə, "Fənərbağça"ya texniki məğlubiyyət verilib. "Qalatasaray" Türkiyə Superkubokunun qalibi olub.

Bir müddət əvvəl Türkiyənin "Fənərbağça" klubunun daxili çempionatın 30-cu turunun matçında "Trabzonspor" azarkeşlərinin komandanın futbolçularına hücumu səbəbindən çempionatı dəyişə biləcəyi barədə məlumat yayılmışdı.скачать dle 10.6фильмы бесплатно
9-04-2024, 07:06
Baxıs: 1 026
Reyting: