Telefonların barmaqlarımıza verdiyi ZİYAN ŞOKA SALDI

İndiyə qədər ağıllı mobil telefonların bir çox zərərlərini oxumuş və izləmişik. Bununla belə, iş, məktəb və hobbilərimiz üçün ünsiyyət vasitəsi kimi istifadə etdiyimiz kiçik cihazların qəribə və qaranlıq tərəfi ortaya çıxmağa davam edir.

Referans.az xəbər verir ki, balaca barmaqlarının fotosunu çəkib sosial şəbəkədə paylaşan bir çox insan üçün mütəxəssisdən pis xəbər gəlib: “Bu zərər geri dönməzdir”.

Smartfonlar artıq gündəlik həyatımızın tam bir hissəsinə çevrilib. Ancaq 7 yaşdan 70 yaşa qədər hər kəsin sahib olduğu ən müasir kiçik cihazlar təəssüf ki, məsum deyil. Təqdim etdiyi rahatlıqlarla vaxta qənaət etməsinə və işimizi asanlaşdırsa da, həm fiziki, həm də psixoloji təsirləri göz ardı edilməyəcək qədər çox və təsirlidir.

"Smartphone Pinky" bu təsirlərdən biridir. Görün, smartfonu ən çox tutduğunuz əlin beşinci barmağındakı dəyişikliyin arxasındakı qorxulu həqiqət haqqında mütəxəssislər nə deyirlər.

SƏRÇƏ BARMAĞIN AÇIQ-AŞKAR GÖRÜNÜŞÜNÜ DƏYİŞDİRDİ!
Biz bilirik ki, telefonlardan istifadə , ilk növbədə, görmə sağlamlığı ilə bağlı bir çox problem yarada bilər. Bununla belə, indi istifadəçilər smartfon asılılığının daha bir deformasiyaya səbəb olduğunu anlamağa başlayıblar. Üstəlik, bu deformasiya adi gözlə görüləcək qədər böyük bir dəyişiklikdir.

Xüsusilə son günlər sosial media istifadəçiləri telefonu ən çox tutduqları əlin kiçik barmağının necə əyri və nazik olduğunu paylaşaraq narahat olduqlarını bildiriblər. Uçqun kimi böyüyən bu paylaşımlarda minlərlə əyri kiçik barmaqları görmək mümkündür. Belə olduğu halda bəziləri bunun normal bir dəyişiklik olduğunu iddia edərkən, bəziləri isə zaman-zaman kiçik barmaqlarında ağrı hiss edir və bu vəziyyəti ciddi qəbul edərək telefondan uzaq durmağa üstünlük veriblər.

Bəs "Smartphone Pinky" nədir? Mobil telefon istifadəçiləri nə etməlidir?

Ortopediya və Travmatologiya Mütəxəssisi Dr. Cəlaləddin Bildik "Smartphone pinky əslində qeyri-rəsmi bir tərifdir" deyib və sözlərini belə davam etdirib:

"Əsas səbəb uzun müddət ekrandan istifadə, yəni mobil telefondan istifadədir. Bu istifadə zamanı smart cihazın tutulduğu əl ağırlığa məruz qalır və bu çəki beşinci barmaq tərəfindən dəstəklənir, beləliklə, oynaq bir xroniki yük meydana gəlir və bu qalıcıdır".


Aytac Hacıyevaскачать dle 10.6фильмы бесплатно
31-03-2024, 09:10
Baxıs: 1 094
Reyting: