Istanbul bələdiyyə məclisindəki partiya bölgüsü məlum olub

İstanbul Böyükşəhər Bələdiyyə (İBB) Məclisindəki partiya bölgüsündə Cümhuriyyə Xalq Partiyası (CHP) 184, Ədalət və İnkişaf Partiyası (AK Partiya) isə 130 yer qazanıb.

“Report” xəbər verir ki, bu barədə İBB-nin sədri Əkrəm İmamoğlunun müşaviri Murat Onqun sosial şəbəkədə bildirib.

“31 Mart 2024-cü il yerli seçkilərin nəticələrinə əsasən İBB Məclis üzvlərinin bölgüsü belədir: CHP – 184, AKP – 130, MHP (Milliyyətçi Hərəkat Partiyası – red.) 2”, – Onqun qeyd edib.

Xatırladaq ki, Türkiyədə yerli özünüidarə orqanlarına keçirilmiş seçkilərdə səslərin 99 faizindən çoxu hesablanıb. Səsvermənin ölkə üzrə nəticələrinə əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,71 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) isə 35,53 faizlə ikinci sıradadır.скачать dle 10.6фильмы бесплатно
4-04-2024, 20:28
Baxıs: 453
Reyting: