Tramp yenidən prezidentliyə namizəd olacaq - Özü açıqladı

Tramp yenidən prezidentliyə namizəd olacaq - Özü açıqladı ABŞ Prezidenti Donald Tramp növbəti prezident seçkilərində yenidən namizəd olacağını açıqlayıb.

KONKRET.az xəbər verir ki, Tramp bu barədə Ağ Ev Müxbirləri Assosiasiyasının (WHCA) Vaşinqtonda yenidən təşkil olunan illik şam yeməyində çıxışı zamanı danışıb.

O, çıxışının sonunda əvvəlcə bunu zarafat kimi təqdim etsə də, daha sonra “Mən dördüncü dəfə ABŞ prezidenti vəzifəsinə namizəd olacağam. Üç dəfə qalib gəlmişəm, indi yenə qalib gələcəyəm” ifadələrini işlədib. Çıxış zamanı Tramp üzərində “TRUMP 2028” yazılmış qırmızı papağı da nümayiş etdirib.

ABŞ Konstitusiyasına edilən 22-ci düzəlişə əsasən, bir şəxs iki dəfədən artıq prezident seçilə bilməz. Yəni Tramp artıq iki dəfə prezident seçildiyi üçün normal qaydada 2028-ci ildə yenidən namizəd ola bilməz. Bu səbəbdən Trampın açıqlaması hüquqi baxımdan mümkün namizədlikdən daha çox siyasi mesaj və ya zarafat kimi qiymətləndirilir. Konstitusiyanın dəyişdirilməsi üçün isə Konqresdə və ştatlarda yüksək səs çoxluğu tələb olunur.

Xatırladaq ki, sözügedən tədbir bu ilin aprelində baş vermiş silahlı insident səbəbindən yarımçıq qalmış, daha sonra gücləndirilmiş təhlükəsizlik tədbirləri altında yenidən təşkil edilmişdi.

Qeyd edək ki, Trampın çıxışında işlədiyi “Üç dəfə qalib gəlmişəm” ifadəsi isə rəsmi nəticələri əks etdirmir. O, uzun müddətdir 2020-ci il seçkilərində əslində özünün qalib gəldiyini iddia edir. Halbuki rəsmi nəticələrə görə 2020-ci il seçkilərində qalib gələn Co Bayden olub və bu nəticələr məhkəmələr, ştat rəsmiləri və Konqres tərəfindən təsdiqlənib.

Günay Əliскачать dle 10.6фильмы бесплатно
Bu gün, 10:53
Baxıs: 0
Reyting: