Ferma və mağazadan oğurluq edən şəxslər SAXLANILDI

Biləsuvarda ferma və mağazadan oğurluq edən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar rayonunun Dərvişli kəndi ərazisində yerləşən fermadan ümumi dəyəri 3000 manat olan 10 baş xırdabuyunuzlu heyvanın oğurlanması ilə bağlı müraciət daxil olub.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərin rayon sakini M.Məmmədli və Cəlilabad rayon sakini H.Şəmmədov olması müəyyən edilib və onlar polis əməkdaşları tərəfindən saxlanılıblar.

Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə rayonun Bəydili kəndində yerləşən mağazadan oğurluq edən şəxslər saxlanılıb. Araşdırmalarla onların Bəydili kənd sakinləri P.Məmmədzadə və A.Əzizov olduqları müəyyən edilib. Saxlanılan şəxslərin həmin mağazadan 600 manat nağd pul, əlavə olaraq 280 manat dəyərində danışıq kartları və tütün məmulatları oğurladıqları məlum olub.

Faktlarla bağlı araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно
26-05-2024, 09:32
Baxıs: 859
Reyting: