Bakıda qəbiristanlıqdan oğurluq edildi

Bakıda qəbiristanlıqdan oğurluq edildi

Bakıda qəbiristanlıqdan oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal rayonu ərazisində yerləşən qəbiristanlıqda məzarların kənarından dəyəri 3000 manatdan çox olan dəmir barmaqlıqların oğurlanması barədə polisə məlumatlar daxil olub.

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əflatun Bağırov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно
15-05-2023, 10:54
Baxıs: 344
Reyting: