ABŞ Zəngəzur dəhlizini icarəyə götürür

ABŞ Zəngəzur dəhlizini icarəyə götürürErmənistanda həyata keçirilməsi planlaşdırılan TRIPP layihəsi ilə bağlı yeni detallar açıqlanıb.

Modern.az xəbər verir ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan layihə çərçivəsində ABŞ-nin TRIPP Development şirkəti müəyyən ərazilərdə torpaq istifadəsi və tikinti hüquqları əldə edəcəyini bildirib.

O əlavə edib ki, şirkətə veriləcək hüquqlar ilkin mərhələdə 49 il müddətinə qüvvədə olacaq. Səhmlərin bölgüsü isə belə nəzərdə tutulur: 74 faiz ABŞ tərəfinə, 26 faiz isə Ermənistan Respublikasına məxsus olacaq.

49 illik ilkin müddət başa çatdıqdan sonra tərəflərin razılığı əsasında sazişin daha 50 il uzadılması imkanı da mövcuddur. Bu halda Ermənistanın şirkətdəki payının 49 faizə çatdırılması nəzərdə tutulur.скачать dle 10.6фильмы бесплатно
Dünən, 12:39
Baxıs: 14
Reyting: