24 ildir pensiya alırdı,kəsildi -VİDEO

24 ildir pensiya alırdı,kəsildi -VİDEODoqquz yaşından 33 yaşınadək əliliyə görə müavinət alan Suraxanı rayonu, Hövsan qəsəbə sakini Vüsal Məmmədovun ödənişi kəsilib.
Oxu24.com-un məlumatına görə, müavinət bu ilin aprel ayında dayandırılıb.
Vüsal Məmmədov iddia edir ki, bu günə kimi hər beş ildən bir təkrar komissiyadan keçib. Anadangəlmə ikitərəfli əyripəncəlik, funksiyanın pozulması diaqnozu ilə 3-cü qrup əlliliyə görə 180 manat müavinətlə təmin edilib.
Vüsal Məmmədov deyir ki, təkrar komissiyadan keçmək məqsədi ilə ərazi üzrə 23 nömrəli Şəhər poliklinikasına müraciət edib. Lakin gözlədiyi nəticəni əldə edə bilməyib.
TƏBİB-dən "Xəzər Xəbər"ə bildirildi ki, Vüsal Məmmədov 2011-ci ildən etibarən anadangəlmə ikitərəfli əyripəncəlik, funksiyanın pozulması diaqnozu ilə 23 nömrəli Şəhər poliklinikasında dispanser qeydiyyatdadır. 2012-ci ildən III qrup əlillik təyinatı alıb. Əlillik müddəti bitdiyi üçün bu il aprelin 27-də təkrar həmin poliklinikaya müraciət edib və zəruri tibbi müayinələrə göndərilib.скачать dle 10.6фильмы бесплатно
Bu gün, 10:09
Baxıs: 147
Reyting: