Bu məhsulları almayın, əks halda...-Ekspertdən xəbərdarlıq Son illər bazarda satışa çıxarılan bəzi kolbasa və digər ət məhsullarının üzərində tərkib məlumatlarının natamam göstərilməsi, yaxud çox xırda şriftlə yazılması istehlakçıların narazılığına səbəb olur. Halbuki qanunvericilik ərzaq məhsullarının mənşəyi, tərkibi və digər vacib məlumatların aydın şəkildə təqdim olunmasını tələb edir.Bəs bəzi məhsullarda bu tələblərə niyə əməl edilmir və belə hallara qarşı hansı tədbirlər görülməlidir? Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, Azərbaycanda ərzaq məhsullarının markalanması ilə bağlı aydın tələblər mövcuddur. Eyyub Hüseynov AQTA-nı tənqid etdi: “Qab yuyulan yerlərdə kirli arvadlar oturub, yağın içində…” Pravda.az Onun sözlərinə görə, “Yeyinti məhsulları haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunlarda, həmçinin Nazirlər Kabinetinin 94 saylı qərarında istehsalçıların məhsulların üzərində məlumatları istehlakçının başa düşə biləcəyi şəkildə təqdim etməsi nəzərdə tutulur: “Qanunvericiliyə əsasən, məhsullar xarici dillə yanaşı Azərbaycan dilində də ətraflı markalanmalıdır. Təəssüf ki, bazarda düzgün markalanmayan, hətta üzərində etiket olmayan məhsullara da rast gəlinir. Bu cür halların qarşısını Qida Təhlükəsizliyi Agentliyi almalıdır”. E.Hüseynov bildirib ki, tərkibi barədə dolğun məlumat verilməyən məhsulların satışı istehlakçı hüquqlarının pozulması hesab olunur: “Belə məhsulları almaq məsləhət deyil. Tərkibi göstərilməyən və ya natamam məlumatla satışa çıxarılan malların dövriyyəsinə yol verilməməlidir. Bu, qanunvericiliyin tələblərinə ziddir və həmin məhsulların satışının qarşısı alınmalıdır”. Ekspert vurğulayıb ki, istehlakçılar məhsul alarkən etiket məlumatlarına diqqət yetirməli, tərkibi və istehsalçı barədə məlumatı olmayan ərzaq məhsullarından uzaq durmalıdırlar. Aynurə İsmayıl |
XƏBƏR LENTİ
Bu gün, 11:27
Bu gün, 11:08
Bu gün, 10:22
Bu gün, 10:20
Bu gün, 10:18
Bu gün, 10:11




































