Futbol üzrə növbəti dünya çempionatı Azərbaycanda keçiriləcək

Futbol üzrə növbəti dünya çempionatı Azərbaycanda keçiriləcəkFIFA U-15 Dünya Çempionatı və 2026-cı il Festivalı Azərbaycanda keçiriləcək.

KONKRET.az xəbər verir ki, FIFA Şurasının Bürosunun qərarına əsasən, turnirin ilk tarixi 22-31 oktyabr 2026-cı il aralığında baş tutacaq. Yarışda FIFA-ya üzv olan bütün ölkələrin 15 yaşadək oğlanlardan ibarət komandaları iştirak edə biləcək.

FIFA bu qərarı AFFA-ya etimad göstərərək, Azərbaycanın yüksək səviyyəli idman infrastrukturu və böyükmiqyaslı beynəlxalq turnirləri qəbul etmək imkanlarını nəzərə alaraq verib. Bundan əvvəl Azərbaycanın FIFA U-20 Dünya Çempionatı (2027-ci il) yarışına da ev sahibliyi edəcəyi açıqlanmışdı.

FIFA bildirib ki, 2027-ci ildə keçiriləcək ikinci U-15 turniri qızlardan ibarət komandalar üçün olacaq. 2028-ci ildən isə həm oğlanlar, həm də qızlar arasında ayrıca yarışlar təşkil ediləcək.скачать dle 10.6фильмы бесплатно
Bu gün, 11:22
Baxıs: 0
Reyting: