ABŞ Türkiyəyə F-35 qırıcıları verməyə hazırlaşır - RƏSMİ ABŞ administrasiyası Türkiyəyə F-35 qırıcılarının verilməsi imkanını nəzərdən keçirir və bu məsələ ilə bağlı Konqreslə işləyir.Modern.az xarici KİV-ə istinadən xəbər verir, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Ven bəyan edib. “Bilirəm ki, ABŞ-ın müdafiə naziri Heqset və bütün komanda hazırda bu məsələyə baxır. Çünki ABŞ qanunvericiliyinin tələblərinə əməl olunması üçün təsdiqlənməli olan müəyyən məqamlar var. Prezident bizə bunun üzərində işləməyi tapşırıb”, – deyə Vens ABŞ Prezidenti Donald Trump ilə NATO-nun baş katibi Mark Rutte arasında Ağ evdə keçirilən görüşdə bildirib. Onun sözlərinə görə, məsələ əsasən Konqreslə bağlıdır: “Burada söhbət Türkiyənin F-35-ləri əldə edə bilməsi üçün ABŞ qanunlarına əməl edib-etməməsindən gedir”, – deyə Vens izah edib. |
XƏBƏR LENTİ
Bu gün, 11:27
Bu gün, 11:08
Bu gün, 10:22
Bu gün, 10:20
Bu gün, 10:18
Bu gün, 10:11




































