Seninem.Az > Aktual / Dünya / Gündəm / Şou-Biznes / Manşet Yuxarı / Manşet Sağ > ABŞ Türkiyəyə F-35 qırıcıları verməyə hazırlaşır - RƏSMİ

ABŞ Türkiyəyə F-35 qırıcıları verməyə hazırlaşır - RƏSMİ


Tarix: Bu gün, 10:18. Müəllif: admin2
ABŞ Türkiyəyə F-35 qırıcıları verməyə hazırlaşır - RƏSMİABŞ administrasiyası Türkiyəyə F-35 qırıcılarının verilməsi imkanını nəzərdən keçirir və bu məsələ ilə bağlı Konqreslə işləyir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Ven bəyan edib.

“Bilirəm ki, ABŞ-ın müdafiə naziri Heqset və bütün komanda hazırda bu məsələyə baxır. Çünki ABŞ qanunvericiliyinin tələblərinə əməl olunması üçün təsdiqlənməli olan müəyyən məqamlar var. Prezident bizə bunun üzərində işləməyi tapşırıb”, – deyə Vens ABŞ Prezidenti Donald Trump ilə NATO-nun baş katibi Mark Rutte arasında Ağ evdə keçirilən görüşdə bildirib.

Onun sözlərinə görə, məsələ əsasən Konqreslə bağlıdır:

“Burada söhbət Türkiyənin F-35-ləri əldə edə bilməsi üçün ABŞ qanunlarına əməl edib-etməməsindən gedir”, – deyə Vens izah edib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt