Ağcabədidə sexdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb - FOTO

Ağcabədidə sexdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb - FOTO

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki avtomobil təmiri sexlərindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini, əvvəllər məhkum edilmiş Ruslan İsmayılov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən şöbəyə gətirilib. Üzərində aparılan baxış zamanı narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. R.İsmayılovun ətrafında davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə onun rayon ərazisində yerləşən avtomobil təmir sexlərindən oğurluq etməkdə şübhəli bilindiyi də müəyyən olunub. Araşdırmalarla onun qaynaq aparatı və avtomobil ehtiyat hissələri oğurlamaqla zərərçəkmişlərə 1500 manat məbləğində ziyan vurduğu məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.скачать dle 10.6фильмы бесплатно
15-02-2023, 10:42
Baxıs: 209
Reyting: