Evlərində narkotik maddələr aşkarlanan şəxslər saxlanıldı - FOTOLAR

Evlərində narkotik maddələr aşkarlanan şəxslər saxlanıldı - FOTOLAR

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Manset.az-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Nəbi Hüseynov və Əvəz Həşimov saxlanılıblar.

N.Hüseynovun yaşadığı ünvana baxış keçirilərkən 895 qram marixuana və çəkisi 120 qram olan narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb. Ə.Həşimovun üzərində aparılan şəxsi axtarış zamanı isə ayrı-ayrı bükümlərdə qablaşdırılmış külli miqdarda heroin aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarları ilə adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.




скачать dle 10.6фильмы бесплатно
16-09-2022, 14:43
Baxıs: 349
Reyting: