Seninem.Az > Dünya / Manşet Yuxarı > Putin: "Rusiya müharibə istəmir"
Putin: "Rusiya müharibə istəmir"Tarix: 15-02-2022, 20:00. Müəllif: admin |
Rusiya müharibə istəmir, ona görə də Avropada bərabər təhlükəsizliyi təmin etmək üçün danışıqlar aparmağı təklif edir. Leqal.info TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla görüşündən sonra keçirilən mətbuat konfransında deyib. Rusiya lideri "Deutsche Welle"nin Avropada müharibə ehtimalını istisna edib-etmədiyinə dair sualına cavabında "Biz bunu istəyirik, yoxsa yox? Təbii ki, yox", - deyə vurğulayıb. “Danışıqlar prosesi ilə bağlı təkliflər irəli sürmüşük ki, bunun nəticəsi hamı, o cümlədən ölkəmiz üçün bərabər təhlükəsizliyin təmin edilməsinə dair razılaşma olmalıdır”, - Putin izah edib. Putinin sözlərinə görə, Moskva dialoqun bu şəkildə inkişaf edəcəyini gözləyir. Geri Qayıt |