Vladimir Putin Donald Trampa Parisdə görüşməyi təklif edib
Moskvada Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında görüş keçirilib.
“Report” TASS-a istinadən xəbər verir ki, V.Putin görüşdə amerikalı həmkarı Donald Trampla noyabrın 11-dək Parisdə görüşməyi təklif edib. Həmin müddətədək Fransanın paytaxtında I Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunan tədbirlər keçiriləcək. V.Putin amerikalı həmkarı ilə birbaşa təmasların faydalı ola biləcəyini bildirib: "Təbii ki, ABŞ tərəfi belə təmaslarda maraqlı olarsa". C.Bolton isə cavabında D.Trampın Rusiya Prezidenti ilə görüşməkdən məmnun olacağını vurğulayıb: “Əlbəttə, Prezident Tramp bu beynəlxalq tədbir çərçivəsində sizinlə böyük məmnuniyyətlə görüşər”. Xatırladaq ki, ABŞ və Rusiya prezidentləri arasında son görüş iyulun 16-da Finlandiyanın Helsinki şəhərində keçirilib. |
XƏBƏR LENTİ
Dünən, 07:46
15-01-2025, 09:14
15-01-2025, 09:12
15-01-2025, 09:10
15-01-2025, 09:10