Seninem.Az > Dünya / Manşet Yuxarı > Vladimir Putin Donald Trampa Parisdə görüşməyi təklif edib
Vladimir Putin Donald Trampa Parisdə görüşməyi təklif edibTarix: 23-10-2018, 20:00. Müəllif: admin |
Moskvada Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında görüş keçirilib. “Report” TASS-a istinadən xəbər verir ki, V.Putin görüşdə amerikalı həmkarı Donald Trampla noyabrın 11-dək Parisdə görüşməyi təklif edib. Həmin müddətədək Fransanın paytaxtında I Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunan tədbirlər keçiriləcək. V.Putin amerikalı həmkarı ilə birbaşa təmasların faydalı ola biləcəyini bildirib: "Təbii ki, ABŞ tərəfi belə təmaslarda maraqlı olarsa". C.Bolton isə cavabında D.Trampın Rusiya Prezidenti ilə görüşməkdən məmnun olacağını vurğulayıb: “Əlbəttə, Prezident Tramp bu beynəlxalq tədbir çərçivəsində sizinlə böyük məmnuniyyətlə görüşər”. Xatırladaq ki, ABŞ və Rusiya prezidentləri arasında son görüş iyulun 16-da Finlandiyanın Helsinki şəhərində keçirilib. Geri Qayıt |