"Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyi"nin vəzifəli şəxsi saxlanıldı

Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlu saxlanılıb.

"Leqal.info"nun xəbərinə görə, şirkətdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a faktı təsdiqləyib. Bildirilib ki, əməliyyatın nəticələri barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, ilk xəbəri qaynarinfo.az saytı yayıb.скачать dle 10.6фильмы бесплатно
21-06-2022, 16:45
Baxıs: 10 518
Reyting: