Seninem.Az > Kriminal / Manşet Yuxarı > "Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyi"nin vəzifəli şəxsi saxlanıldı
"Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyi"nin vəzifəli şəxsi saxlanıldıTarix: 21-06-2022, 16:45. Müəllif: admin |
Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlu saxlanılıb. "Leqal.info"nun xəbərinə görə, şirkətdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a faktı təsdiqləyib. Bildirilib ki, əməliyyatın nəticələri barədə ətraflı məlumat veriləcək. Qeyd edək ki, ilk xəbəri qaynarinfo.az saytı yayıb. Geri Qayıt |