Masallıda xəstəxanada əməliyyat keçirildi

Bu gün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Masallı rayon xəstəxanasında əməliyyat keçirilib.

Leqal.info-nun verdiyi xəbərə görə, əməliyyat zamanı xəstəxananın baş həkimi Cəlil Nəzərov saxlanılıb.

Onun maliyyə yeyintisinə görə saxlanıldığı bildirilir. Məlumat hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib.

Qeyd edək ki, əməliyyatın keçirilməsi ilə bağlı ilk xəbəri cenub.az saytı yayıb.

***

Əməliyyat zamanı baş həkimlə yanaşı, xəstəxananın baş mühasibi Sətulla Məmmədov da saxlanılıb.скачать dle 10.6фильмы бесплатно
22-01-2021, 23:01
Baxıs: 36 824
Reyting: