Rio-de-Janeyroda 8 nəfər əməliyyat zamanı
Braziliyanın paytaxtı Rio-de-Janeyronun şimalında yerləşən Favela da Mare qəsəbəsində aparılan əməliyyat zamanı 8 nəfər polis əməkdaşları tərəfindən güllələnərək öldürülüb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis nümayəndəsinə istinadən "Frans Press" məlumat yayıb. "Biz təsdiq edirik ki, Mare kompleksində aparılan əməliyyat zamanı 8 şübhəli şəxs öldürülüb", - deyə məlumatda bildirilir. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir. |
XƏBƏR LENTİ
Bu gün, 16:36
Bu gün, 14:39
Bu gün, 13:15






