Goranboy Rayon Prokurorluğu və Polis Şöbəsi ölümlə nəticələnən kütləvi dava haqqında məlumat yayıb - YENİLƏNİB-1

Goranboy Rayon Prokurorluğu və Rayon Polis Şöbəsi birgə məlumat yayıb.

APA-nın xəbərinə görə, məlumatda bildirilir ki, yanvarın 4-də saat 21 radələrində Goranboy rayon sakinləri Rəvan İsmayılov və digərlərinin ictimai qaydanı kobud surətdə pozaraq rayonun Dəliməmmədli şəhəri ərazisində aralarında yaranmış mübahisə zəminində Elxan Həsənova, Fəxrəddin Məmmədova, Anar Hətəmiyə, Nicat Əliyevə və Zülfüqar Cabbarova bıçaqla müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirməsi, nəticədə sonuncunun aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin olunub.

Prokurorluq və polis orqanları əməkdaşlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü R. İsmayılov tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayətin digər iştirakçılarının dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

12.29

Goranboyda ölümlə nəticələnən kütləvi davaya görə 4 nəfər tutulub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, bu gecə 31 yaşlı Zülfü Cəbrayılov, Zeynalabdin Həsənov, Fəxrəddin Məmmədov, Anar Hatəmi və Nicat Əliyev kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Zülfü Cəbrayılovun həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyəti isə orta-ağırdır.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakinləri – Ülvi Hasilov, Samir Rəsulov, Ağdaş rayon sakini Rüfət Abdullayev və Yevlax rayon sakini Elməddin Sultanov tutulub, daha bir nəfər isə müəyyənləşdirilib. Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.

4 yanvar

22:56

Goranboyun Dəliməmmədli qəsəbəsində kütləvi dava olub. APA-nın qərb bürosunun xəbərinə görə, dava zamanı bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaq xəsarəti alıb.

Kütləvi dava zamanı bıçaqla qətlə yetirilən şəxs Dəliməmmədli qəsəbə sakini 1996-cı il təvəllüdlü Cəbrayılov Zülfüqardır. Bıçaq xəsarətləri alanlardan birinin kimliyi bəlli olub - Dəliməmmədli qəsəbə sakini 1995-ci il təvəllüdlü Hatəmi Anar Azad oğludur.

İnsident zamanı daha bir neçə nəfərin bıçaqlandığı bildirilir.

Yaralılar Gəncədəki xəstəxanalara yerləşdiriliblər.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Leqal.infoскачать dle 10.6фильмы бесплатно
5-01-2018, 19:27
Baxıs: 504
Reyting: