Lənkəranda dağlıq ərazidə itkin düşən 8 nəfər xilas edildi Lənkəran rayonunun İstisu qəsəbəsində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə itkin düşən vətəndaşlar xilas edilib.KONKRET.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin məlumatına görə, Nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub. Xilasedicilər tərəfindən aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində çətin keçidli dağlıq-meşəlik ərazidə yolunu azaraq itkin düşən 8 nəfərin yeri müəyyən edilərək xilas olunub. Qeyd edək ki, axtarışlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli kənd sakinləri də cəlb olunub. |
XƏBƏR LENTİ
Bu gün, 12:29
Bu gün, 12:15
Bu gün, 12:02




































