Davamlı kədər, yorğunluq, yuxusuzluq... - Depressiyanın əlamətləri nələrdir?

Davamlı kədər, yorğunluq, yuxusuzluq... - Depressiyanın əlamətləri nələrdir?"Depressiya ciddi bir xəstəlikdir və digər xəstəliklər kimi insan tərəfindən seçilmir".

Ölkə.az xəbər verir ki, bu sözləri psixiatr Əziz Mustafayev deyib.

Onun sözlərinə görə, bu, iradə zəifliyi, tənbəllik və ya motivasiya çatışmazlığı deyil:

"Depressiyanın əlamətləri bunlar ola bilər: davamlı kədər və ya boşluq hissi; əvvəllər zövq verən şeylərə marağın itməsi; yorğunluq və enerjisizlik; yuxu problemləri (çox yatmaq və ya yuxusuzluq); diqqət və yaddaş çətinlikləri; iştah və çəkinin dəyişməsi; günahkarlıq və dəyərsizlik hissləri; ölüm və ya intihar haqqında düşüncələr.

Bir çox insan müxtəlif treninqlərə qatılır, yaşam koçlarına müraciət edir, özünü işə və ya gündəlik qayğılara tam verir, bəzən isə alkoqoldan çıxış yolu kimi istifadə etməyə çalışır. Təəssüf ki, bunlar depressiyanı müalicə etmir və bəzi hallarda vəziyyəti daha da ağırlaşdıra bilər. Depressiya sadəcə pis əhval deyil. Bu, peşəkar yardım tələb edən tibbi vəziyyətdir".
скачать dle 10.6фильмы бесплатно
Bu gün, 12:36
Baxıs: 0
Reyting: