Seninem.Az > Gündəm > Lənkəranda dağlıq ərazidə itkin düşən 8 nəfər xilas edildi
Lənkəranda dağlıq ərazidə itkin düşən 8 nəfər xilas edildiTarix: Bu gün, 11:51. Müəllif: admin2 |
Lənkəran rayonunun İstisu qəsəbəsində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə itkin düşən vətəndaşlar xilas edilib.KONKRET.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin məlumatına görə, Nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub. Xilasedicilər tərəfindən aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində çətin keçidli dağlıq-meşəlik ərazidə yolunu azaraq itkin düşən 8 nəfərin yeri müəyyən edilərək xilas olunub. Qeyd edək ki, axtarışlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli kənd sakinləri də cəlb olunub. Geri Qayıt |