Zəlzələlərin baş verməsinə səbəb nədir?

Zəlzələlərin baş  verməsinə səbəb nədir?


Təbiətin ən qorxunc, ən dəhşətli hadisələrindən biri zəlzələdir. Zəlzələlərin baş vermə səbəbləri, qabaqcadan xəbər verilməsi haqqında saysız-hesabsız tədqiqatlar, məqalələr, elmi araşdırmalar vardır. Lakin, elmin çox güclü inkişaf etdiyi halda hazırda zəlzələnin baş vermə vaxtını qabaqcadan xəbər vermək mümkün deyildir. Uzun müddət mümkün olmayacaqdır. Çünki, baş vermə səbəbləri hazırda elmə dəqiq məlum deyildir.
Bu mövzuda hər hansı fikir söyləmək, məqalə yazmaq heç vaxt ağlıma gəlməzdi. Çünki, zəlzələnin baş verdiyi vaxtlar, səbəblər və başqa amillər arasında elmi qanunauyğunluq müəyyən etmək hər hansı insandan çox dərin düşünmək qabiliyyəti tələb edir. Bunları nəzərə alaraq mövzu ilə əlaqədar olaraq hər hansı qeydlər etmək fikrini özümdən uzaqlaşdırmağa çalışmışam. Bir də ki, dünya alimlərinin bununla əlaqədar olaraq saysız-hesabsız yazıları vardır.
Lakin, bu yaxınlarda mətbuatdan mənə məlum oldu ki, son iki ayda respublikamızın ərazisində gücü 2-3 bal olan 20-yə qədər zəlzələ baş vermişdir. Bunları nəzərə alaraq, hamının fikirlərinə hörmət edərək yalnız öz bildiklərimi qeyd edəcəyəm.
İlk əvvəl suala diqqət yetirək. Necə olur ki, zəlzələ baş verir?
Alimlər səbəbi yerin dərin qatlarında enerji toplanması, qismən ayın cazibə qüvvəsi və günəşdə gedən proseslərlə əlaqələndirirlər. Başqa amillər də qeyd olunur. Hamısını izah etmək mümkün deyildir.
Zəlzələnin baş verməsində yuxarıda qeyd etdiyim amillər çox az, cuzi rol oynayır. Əsas səbəb tamamilə başqadır. Heç kim bu vaxta qədər əsas səbəb
haqqında fikir söyləməmişdir.
Əsas səbəb mənə tamamilə aydındır və qısa da olsa, izah etməyə çalışacağam.
Məlumdur Yer kürəsi üç qatdan, Yer qabığı, Mantiya və Nüvədən ibarətdir. Zəlzələ Yer qabığının titrəyişi nəticəsində baş verir. Titrəyişə səbəb isə Yer qabığının dərin qatlarında və Mantiyada baş verən proseslərdir. Yer qabığının dərin qatlarını və Mantiyanı təşkil edən maddələrin sıxlığı eyni deyildir, müxtəlifdir.
Bizim Günəş sistemimiz genişlənmə qanunlarına tabedir. Müasir elmə genişlənmə qanunları haqqında çox məsələ məlum deyildir. Bir məsələni dəqiq qeyd edə bilərəm ki, Yer qabığının dərin qatlarında və Mantiyanın yuxarı hissəsində sıxlığı yüksək olan hissələr zəlzələnin baş verməsinə səbəb olur. Yer qabığı, Mantiya və Nüvənin bütün nöqtələri genişlənmə qüvvələrinin təsiri ilə həcmlərini getdikcə genişləndirəcək. Bu isə Yer üzərində zəlzələlərin baş verməsinə səbəb olur. Zaman keçdikcə bu proses çoxalacaqdır.
Hansı ərazilərdə zəlzələnin baş vermə ehtimalı çoxdur?
İki qonşu ərazinin altında yerləşən Mantiyanın üst hissəsində sıxlıq fərqi mövcuddur. Bu fərq nə qədər çox olarsa, zəlzələnin baş vermə ehtimalı, o qədər çox olur. Gec-tez sıxlığı çox olan ərazidə zəlzələ baş verəcəkdir. Baş vermə vaxtını da müəyyən etmək mümkündür.
Başqa səbəblər də vardır. Məsələn, çox vaxt zəlzələ iki qonşu ərazinin sərhədi boyunca baş verir. Nə üçün?
Çünki, iki qonşu ərazilərin sərhədləri nisbətən daha tez genişlənmə qüvvələrinin təsirinə məruz qalır.
Zəlzələnin baş vermə vaxtını dəqiq müəyyən etmək, əhalini xəbərdar etmək mümkündürmü? Mümkündür.
Bunun üçün əvvələr zəlzələlər baş vermiş əraziləri müxtəlif cihazların köməyi ilə nəzarətdə saxlamaq, qonşu ərazilərin sıxlıq fərqini dəqiq müəyyən etmək vacibdir. Nəzərə alınmalıdır ki, hər hansı ərazidə sıxlıq fərqi kiçik rəqəmlə ifadə olunsa belə, orada zəlzələ baş verə bilər.
Elə ərazi də ola bilər ki, orada sıxlıq fərqi böyük rəqəmlə ifadə olunsun, lakin zəlzələ baş verməsin.
Genişlənmə qüvvələrinin təsiri bütün ərazilərdə eyni deyildir. Həmin qüvvələrin gücü ən kiçik rəqəmlə ifadə olunsa, belə elə ərazilər vardır ki, orda zəlzələ baş verə bilər. Elə ərazilər də vardır ki, genişlənmə qüvvələrinin gücü böyük rəqəmlə ifadə olunur. Lakin, zəlzələ baş vermir. Lakin, belə ərazilərdə də zəlzələlər baş verəcəkdir. Həmin ərazilərin adlarını qeyd etmək fikrindən uzağam.
Son vaxtlar Respublikamızın ərazisində baş vermiş zəlzələlər həm dağlıq, həm də düzən rayonlarında baş vermişdir. Alimlərin məlumatına görə, Yerin dərin qatlarında enerji boşalması gedir. Güclü zəlzələ heç vaxt baş verə bilməz. Lakin, bu belə deyildir. Gücü 5-6 bal olan zəlzələnin Böyük Qafqazın şərq hissəsində, Abşeron yarımadasının şərq sahillərində, Xəzər dənizində baş vermə ehtimalı vardır. Bununla əlaqədar olaraq başqa məsələləri qeyd etmək düzgün olmazdı. Ancaq əhalini qabaqcadan xəbərdar etmək, müəyyən tədbirləri görmək vacib məsələlərdəndir.
Sentyabrın 20-nə qədər, Orta Asiya, İran yaylası, Əfqanıstan ərazisində 6-7 bal zəlzələnin baş verməsi ehtimalı vardır. Cənubi Amerika materiki həm zəlzələ, həm də çox ciddi tektonik hərəkətlərə məruz qalacaqdır.
Zəlzələlərin çox az baş verdiyi Qərbi Avropa, Şimali Amerika materiki, Qərbi Sibir, Cənub-Şərqi Asiya yarımadası tektonik hərəkətlərin baş verdiyi ərazilər olacaqdır. Başqa ərazilərdə də zəlzələlər baş verəcəkdir.
Qeyd etdiklərimə öz münasibətini bildirənlərin hamısına öz minnətdarlığımı bildirirəm.
Ardı var...

Tahə Lətif oğlu İbrahimov,
Ağsu rayonu İlxıçı kəndi.скачать dle 10.6фильмы бесплатно
20-02-2024, 09:18
Baxıs: 3 080
Reyting: