Kainatda qara deşiklər nədir?

Kainatda  qara  deşiklər  nədir?


Televiziya kanallarının birində Kainatdakı qara deşiklərlə əlaqədar olaraq çox maraqlı veriliş verilirdi. Həmin verilişdə xarici ölkə alimlərinin fikirləri və tədqiqatları səsləndirilirdi. Eyni zamanda dünyanın ən məşhur elmi laboratoriyalarında aparılan tədqiqatların nəticələri təhlil edilirdi.
Müasir ən güclü teleskoplardan alınan görüntülər nümayiş etdirilirdi. Görüntülərdən aydın oldu ki, Kainatda kiçik qara deşikləri cırtdan qara deşiklər də adlandırırlar.
Verilişdə qara deşiklərin quruluşu, tərkibi, orada baş verən proseslər haqqında alimlər çox müxtəlif fikirlər səsləndirdilər. Fikirlər, o qədər müxtəlif idi ki, həmin elmi nəticələrə diqqət yetirən hər kəsə aydın olur ki, bu gün alimlərə mövzu ilə əlaqədar olan çox şey məlum deyildir.
Fikirləşdim ki, bununla əlaqədar dəqiq elmi məlumat vermək çox çətin məsələdir. Ona görə də, düşündüklərimi özümdən uzaqlaşdırmağa çalışdım. Lakin, özümlə bacarmadım. Bir sual məni daha dərin düşünməyə vadar etdi. Görəsən, Kainatda qara deşiklər nədir?
Sualın cavabı çox geniş izahat tələb edir. Lakin, mən çox qısa məlumatla kifayətlənəcəyəm.
Həmin verilişdə alimlərdən biri belə fikir söylədi ki, əgər bizim Yer kürəsi qara deşiyə düşərsə, fındıq böyüklükdə olar. Sual meydana çıxır.
Bu necə ola bilər?
İnsan zəkası bunu başa düşə bilərmi?
Məlumat vermək istəyirəm ki, həmin hadisə baş verərsə, bizim Yer kürəmiz fındıqdan kiçik ölçüyə də çata bilər. Ümumiyyətlə, digər planetlər, bütün maddi varlıqlar qara deşiyə düşərsə, çox kiçik zərrəciyə çevrilər.
Qeyd etməliyəm ki, başqa planetləri deyə bilmərəm, bizim Yer kürəmiz yaxın min illər ərzində qara deşiyə düşməyəcəkdir. Bunun çox ciddi elmi səbəbləri vardır və izahı ayrı mövzudur.
Yenə sual meydana çıxır. Necə olur ki, nəhəng planetlər, səma cisimləri Qara deşiyə düşdükdə, çox kiçik zərrəciyə çevrilir? Atom və molekulyar quruluş nəyə çevrilir? İnsan zəkası bunu dərk edə bilərmi?
Qeyd etməliyəm ki, insan qara deşiyin daxilində gedən prosesləri öyrənməyə cəhd etməməlidir! Sıxılan sistemin dərk edilməsi də təhlükəlidir!
Kainatdakı bütün varlıqlar bir-birlərinə nəzərən ya müsbət, ya da mənfidirlər.
Məlumdur ki, Kainat sıxılan və genişlənən olmaqla iki sistemdən ibarətdir. Sıxılan sistem mənfi, genişlənən sistem müsbətdir. Genişlənmənin sonu mütləq sıxılma ilə nəticələnir. Sıxılmanın sonu dəhşətli partlayışdır. Partlayış nəticəsində atom və molekulyar quruluş yaranır.
Bizim Yer kürəsində canlıların həyatının əsasını dörd element, karbon, hidrogen, oksigen və azot elementi təşkil edir. Genişlənən sistemin Günəş sistemindən çox uzaq məsafədə elə planetləri vardır ki, orada həyatın əsasını başqa elementlər təşkil edir. Elmi araşdırmaların istiqaməti həmin elementlərin hansılar olduğunu müəyyən etməyə doğru yönəlməlidir.
Başqa elementlərdən təşkil olunmuş həyat xassələri Yerdəkindən tamamilə fərqlənir. Nəhəng ölçüsü olan Qara deşiklər istənilən ölçüyə malik olan Planetləri uda bilər. Lakin, planetlərin Qara deşiyə yaxınlaşması və udulması elmi qanunlar əsasında baş verə bilər.
Qara deşiyə düşmüş hər hansı səma cismi sıxılma qanunlarının təsiri altına düşür. Bu zaman atom və molekulyar quruluş parçalanar. Bu gün elmə məlum olmayan şüalar yaranır. Həmin şüaları insan zəkası dərk edə bilməz.
Heç bir elmi cihaz həmin şüaları qeydə ala bilməz. Kainatın bütün nöqtələrində belə şüalar vardır. Yer üzündə canlı orqanizmlərin həyatında həmin şüalar təsirini öyrənmək mümkün olarsa, onun ömrünün ən azı 3-4 dəfə uzatmaq mümkün olar. Bu isə hələlik mümkün deyildir. Alimlər həmin şüaları öyrənməyə cəhd etməməlidir.
Ardı var...

Tahə Lətif oğlu İbrahimov,
Ağsu rayonu İlxıçı kəndi.скачать dle 10.6фильмы бесплатно
20-02-2024, 09:18
Baxıs: 2 618
Reyting: