Hindistanda aerokosmik laboratoriyada PARTLAYIŞ

Hindistanın Banqalore şəhərində elmi-tədqiqat institutlarının birində hidrogen balonu partlayıb. Trend-in məlumatına görə, partlayış nəticəsində azı 1 nəfərin öldüyü, daha 3 nəfərin yaralandığı bildirilir.

Bildirilir ki, insident instituta aid olan aerokosmik laboratoriyada baş verib.

Ölən və yaralananların institutun elmi əməkdaşları olduğu bildirilir.

Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətinin ağır olduğu qeyd edilir.

Partlayışın baş vermə səbəbləri məlum deyil.скачать dle 10.6фильмы бесплатно
5-12-2018, 18:25
Baxıs: 55 497
Reyting: