Putin eks-prezidentin ömürlük senatorluq hüququ haqqında qanunu imzaladı

Rusiya Prezidenti Vladimir Putin eks-prezidentin Federasiya Şurasına ömürlük senator təyin olunması haqda federal qanunu imzalayıb.

Leqal.info xəbər verir ki, sənəd hüquqi məlumatların rəsmi internet portalında yayımlanıb və artıq qüvvəyə minib.Konstitusiyaya qəbul edilmiş düzəlişlərin icrası üçün hazırlanmış yeni qanunun müəllifinin Putinin özü olduğu bildirilir.

Putinin Federasiya Şurasının formalaşdırılması qaydası haqqında imzaladığı yeni qanuna görə, prezident səlahiyyətlərinin müddəti bitdikdən sonra senator olmaq və ömürlük vəzifə müddəti üçün müraciət etmək hüququnu əldə edir.

Qanuna görə, eks-prezident Federasiya Şurasına ərizə verdiyi andan senator statusunu qazanır.

Qanun hazırkı dövlət başçısına senatorları təyin etməyə də icazə verir. Senatorların sayı 30-dan çox ola bilməz. Onlardan yalnız 7-si ömürlük üzvlük üçün müraciət edə bilər. Bura dövlət və ictimai fəaliyyət sahəsində ölkəyə xüsusi xidmətləri olan vətəndaşlar aiddir.скачать dle 10.6фильмы бесплатно
22-12-2020, 16:46
Baxıs: 24 608
Reyting: