Putin Qarabağla bağlı fərman imzaladı

Rusiya Prezidenti Vladimir Putin Qarabağda sülhün bərpa olunması barədə fərmanı imzalayıb.

Leqal.info xəbər verir ki, müvafiq fərman rəsmi internet informasiya portalında yerləşdirilib.

Sənəddə bildirilir ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yenilənməsi ildə ən azı iki dəfə baş verəcək.

“Rusiya Federasiyası Müdafiə Nazirliyi sülhməramlı kontingent heyətini ildə ən azı iki dəfə və hərbi texnika isə texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir”,- deyə sənəddə qeyd olunub.

Fərman imzalandığı gündən, 10 noyabrdan qüvvəyə minir.
Putin Qarabağla bağlı fərman imzaladı
Putin Qarabağla bağlı fərman imzaladıскачать dle 10.6фильмы бесплатно
12-11-2020, 18:04
Baxıs: 33 798
Reyting: