Putin peyvənd etdirəcək?
“Prezident Vladimir Putin koronavirusa qarşı peyvənd etdirib-etdirməyəcəyinə özü qərar verəcək”.
Leqal.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Əgər istəsə və istədiyi zaman o, özü bu barədə məlumat verəcək”, - deyə Peskov bildirib. Qeyd edək ki, Rusiya dünyada ilk dəfə avqustun 11-də “Sputnik V” adlı koronavirus peyvəndi hazırlayıb. N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanan vaksinin kliniki sınağı iyun-iyul aylarında keçirilib. |
XƏBƏR LENTİ
Dünən, 08:01
Dünən, 07:59
Dünən, 07:57
Dünən, 07:51
Dünən, 07:36





































