Kanada Senatı ermənipərəst senatorların təşəbbüsünü rədd etdi

Kanada parlamentinin yuxarı palatasında (Senat) qondarma rejimin müstəqilliyinin tanınması bir neçə saat öncə gözlənilmədən müzakirəyə çıxarılıb və rədd edilib.

Leqal.info xəbər verir ki, qanun layihəsi Kvebekdən olan yunan əsilli ermənipərəst senator Leo Hausakos tərəfindən təklif edilib. Senator bu barədə öz tvitter hesabında məlumat verib. O, bu günü erməni xalqı üçün kədərli gün adlandırıb.

“Qanun layihəsi rədd edildi. Bu gün erməni xalqı üçün kədərli bir gündür”,- deyə senator açıqlamasında bildirib.

Qeyd edək ki, senatorların 53-ü təklifin əleyhinə, 16-sı lehinə səs verib, digər 5 senator isə bitərəf qalıb.

Bizi Telegramda izləyin










скачать dle 10.6фильмы бесплатно
9-12-2020, 14:00
Baxıs: 36 561
Reyting: