allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Spirtli içki üçün ən yaxşı “zakuska” açıqlandı » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Spirtli içki üçün ən yaxşı “zakuska” açıqlandı

Spirtli içki üçün ən yaxşı “zakuska” açıqlandı

Alkoqollu içkilərlə birlikdə istifadə üçün ən uyğun qəlyanaltı kartof püresidir.

Bunu Rusiya Federasiyası Səhiyyə Nazirliyinin və Moskva Səhiyyə Departamentinin baş ştatdankənar psixiatr-narkoloqu Yevgeni Brun bildirib.

O, öz seçimini kartof püresinin alkoqolun qana sovrulması prosesini ləngitməsilə izah edib.

Ekspert həmçinin, spirtli içkilərin şirniyyat və qazlı içkilərlə birlikdə istifadəsini təhlükəli adlandırıb.

O, həmçinin Yeni il gecəsi üçün aşağı dərəcəli yüngül içkilər, xüsusən də quru ağ şərab seçməyi məsləhət görüb və içkinin dərəcəsini artırmağın sağlamlıq üçün zərərli olduğunu xatırladıb.

Yevgeni Brun bayramlarda daha aktiv olmağı, daha çox rəqs etməyi, gəzməyi, qartopu oynamağı tövsiyə edərək, hərəkətsizliyin sərxoşluğu artırdığını qeyd edib.
07:41
Baxıs: 92000
Reyting: