Sabah Bakının Xətai rayonuna içməli suyun verilişi yenidən məhdudlaşdırılacaq

Bu gün Bakının Xətai rayonunda içməli suyun verilməsi ilə bağlı yaranmış fasilə yaxın saatlarda aradan qaldırılacaq. Lakin sabah sözügedən ərazidə suyun verilişində yenidən məhdudiyyət yaranacaq.

Bunu "Leqal.info"ya açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar aparılan təmir işləri bu gün axşam saatlarında müvəqqəti dayandırılacaq:

"Suyun verilməsi müvəqqəti bərpa ediləcək. Təmir işləri sabah davam etdiriləcək. Təmirlə bağlı sabah da qeyd olunan ərazidə suyun verilməsi məhdudlaşdırılacaq. Təmir işləri sabah yekunlaşacaq".

***13:47

Bu gün Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Leqal.info” “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, məhdudiyyət magistral su kəmərində baş vermiş qəza ilə əlaqədardır.

“Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, - deyə məlumatda vurğulanıb.скачать dle 10.6фильмы бесплатно
17-11-2018, 20:58
Baxıs: 49 030
Reyting:
  
Teq: Azərsu