Seninem.Az > İqtisadiyyat / Manşet Yuxarı > Sabah Bakının Xətai rayonuna içməli suyun verilişi yenidən məhdudlaşdırılacaq
Sabah Bakının Xətai rayonuna içməli suyun verilişi yenidən məhdudlaşdırılacaqTarix: 17-11-2018, 20:58. Müəllif: admin |
Bu gün Bakının Xətai rayonunda içməli suyun verilməsi ilə bağlı yaranmış fasilə yaxın saatlarda aradan qaldırılacaq. Lakin sabah sözügedən ərazidə suyun verilişində yenidən məhdudiyyət yaranacaq. Bunu "Leqal.info"ya açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. Onun sözlərinə görə, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar aparılan təmir işləri bu gün axşam saatlarında müvəqqəti dayandırılacaq: "Suyun verilməsi müvəqqəti bərpa ediləcək. Təmir işləri sabah davam etdiriləcək. Təmirlə bağlı sabah da qeyd olunan ərazidə suyun verilməsi məhdudlaşdırılacaq. Təmir işləri sabah yekunlaşacaq". ***13:47 Bu gün Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. “Leqal.info” “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, məhdudiyyət magistral su kəmərində baş vermiş qəza ilə əlaqədardır. “Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, - deyə məlumatda vurğulanıb. Geri Qayıt |