Qırğızıstan-Tacikistan sərhədində atışma zamanı 17 nəfər yaralanıb, ölən var

Qırğızıstanla sərhəddə baş verən insident zamanı Tacikistanın bir sakini həlak olub.

Leqal.info xəbər verir ki, bu barədə Tacikistanın "ASIA-Plus" media qrupu məlumat yayıb.

Silahlı insidentdə 17 nəfər yaralanıb. Belə ki, Tacikistan tərəfdən yaralananlardan üçü mülki şəxs, səkkizi isə hərbçidir.

Qırğızıstanın Səhiyyə Nazirliyi öz növbəsində bəyan edib ki, atışmada 6 qırğız hərbçisi xəsarət alıb.

Tacikistanın İsfara şəhər merinin köməkçisi güllə yarası alıb.

20:53
Tacikistan-Qırğızıstan sərhədində baş verən atışma nəticəsində bir nəfər ölüb.

Leqal.info xəbər verir ki, bu barədə "Sputnik Tacikistan" məlumat yayıb.

Həmçinin yaralananların sayı 6 nəfərə çatıb. Xəsarət alanların hamısı Tacikistan vətəndaşıdır.

Daha əvvəl üç tacik hərbçisinin yaralandığı bildirilirdi.

20:29
"Tacikistan tərəfi sərhəddə atəşkəs tələblərinə məhəl qoymur".

Leqal.info TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Sərhəd Xidməti məlumat yayıb.

Qırğızıstan Sərhəd Xidməti bildirib ki, tacik hərbçiləri Qırğızıstanda elektrik xətləri və sərhəd postlarını atəşə tutur.

Qeyd edək ki, Tacikistanla sərhəddə vəziyyətin gərginləşməsindən sonra Qırğızıstanın Batken vilayətinin bir hissəsi işıqsız qalıb.

20:07
Qırğızıstanın Tacikistanla dövlət sərhədində vəziyyət gərgin olaraq səciyyələndirilir.

Leqal.info xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

İki ölkənin sərhəd xidmətlərinin nümayəndələri arasında aparılan danışıqların yekunlarına əsasən, Batken-İsfana yolunun həmin ərazidəki hissəsi yenidən açılıb.

Buna baxmayaraq, axşam saatlarında Tacikistan tərəfinin silahdan istifadə etməsi və Qırğızıstan Respublikası Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sərhəd bölmələrini atəşə tutması səbəbindən vəziyyət daha da pisləşib.

Qırğızıstan və Tacikistan sərhəd qoşunlarının bölmələri arasında əsas atışmalar Tort-Koço və Çir-Dobo ərazilərində gedir. Tacikistan tərəfi minaatan və qumbaraatanlardan istifadə edir. Tacik mətbuatı 3 hərbçisinin yaralandığı barədə məlumat verib.

Tacikistanla sərhəddə yerləşən Qırğızıstan qəsəbələrinin sakinləri atışma səbəbindən evlərini tərk etməyə başlayıblar.

Atışma davam edir.

Yaranmış gərginliklə əlaqədar Qırğızıstan Operativ Qərargah yaradıb.

Xatırladaq ki, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (QKNB) Sərhəd Xidmətinin məlumatına görə, iki dövlət arasında insident Batken-İsfana avtomobil yolunun hissələrinin birində, Tort-Koço ərazisində başlayıb. Qırğızıstan tərəfinin əmin etdiyi kimi, vəziyyət Qırğızıstan sərhədçilərinə qarşı Tacikistan tərəfinin silahdan istifadə etməsi səbəbindən daha da pisləşib.

19:30
Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti Tacikistanla sərhəddə gərgin vəziyyət barədə məlumat yayıb.

Leqal.info TASS-a istinadən xəbər verir ki, Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunlarının zabitləri birtərəfli qaydada Batkenin bölməsini bağlayıblar.

Milli Təhlükəsizlik Dövlət Komitəsinin Batken vilayəti üzrə idarəsinin rəisi Kyyalbek Tolonbayev və Batken sərhəd dəstəsinin rəisi Rüstəm Mirşakirov həmin əraziyə gediblər. Sərhəd bölmələri gücləndirilmiş xidmət rejiminə keçirilib.

Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu təxminən 950 km-dir, Sovet İttifaqının dağılmasından sonra sərhəddə onlarla mübahisəli hissələr qalıb. Demarkasiya və delimitasiya üzrə danışıqlar prosesi 2002-ci ildə intensivləşib və o vaxtdan indiyədək komissiyaların və işçi qrupların iki yüzə yaxın iclası keçirilib. Hazırda sərhədin delimitasiyası və demarkasiyası prosesində sərhəddən keçən xəttin 550 km-ə yaxını artıq təsvir edilib. Lakin indiyədək iki ölkənin sərhədində yerli sakinlər arasında bəzən münaqişələr yaranır ki, bu da tez-tez atışmalarla müşayiət olunur.скачать dle 10.6фильмы бесплатно
27-01-2022, 22:00
Baxıs: 36 831
Reyting: