Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfərə gəlib

Tacikistan Prezidenti Emoməli Rəhmon avqustun 9-da Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Tacikistan Prezidenti Emoməli Rəhmonu hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.скачать dle 10.6фильмы бесплатно
9-08-2018, 20:29
Baxıs: 66 915
Reyting: