Xərçəngdən əziyyət çəkən Vətən müharibəsi qazisi vəfat etdi

Vətən müharibəsi qazisi Məmişov İlqar Vaqif oğlu uzun sürən xərçəng xəstəliyindən sonra vəfat edib.

“Leqal.info” xəbər verir ki, o, müharibə dövründə xərçəng xəstəliyinə tutulmuşdu.

İ.Məmişov ordudan tərxis olunandan sonra əməliyyat olunub kimyaterapiyadan keçsə də, bədənindəki şiş artmağa davam edib.

Qeyd edək ki, İ.Məmişov sentyabrın 29-da Vətən müharibəsinə qoşulub. O, Cəbrayıl, Xocavənd və Füzuli uğrunda döyüşlərdə iştirak edib.

Qazinin bir övladı yadigar qalıb.

Allah rəhmət etsin!
Xərçəngdən əziyyət çəkən Vətən müharibəsi qazisi vəfat etdiскачать dle 10.6фильмы бесплатно
5-02-2022, 15:45
Baxıs: 34 078
Reyting: