Vətən müharibəsi qazisi vəzifəyə təyin olundu

Şamaxı Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

Leqal.info xəbər verir ki, Prezident İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişiklik edilməsi haqqında müvafiq fərmanına əsasən, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı aparatında yeni yaradılmış Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə Bayramov Cəlal Rauf oğlu təyin edilib.

Qeyd edək ki, Cəlal Bayramov Vətən Müharibəsinin iştirakçısıdır. O, Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmış, Prezidentin sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdu.скачать dle 10.6фильмы бесплатно
16-02-2021, 22:42
Baxıs: 40 515
Reyting: