Ərdoğan: "PUA-larımızla Qarabağda da varıq"

"Türkiyə istehsal etdiyi pilotsuz uçuş aparatları, o cümlədən "Akıncı"ları ilə hər yerdə var. Biz PUA-larımızla Liviyada, Azərbaycanda, onun Qarabağ bölgəsində də varıq".

Leqal.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Umraniyyə rayonunda “Millət baxçasının”nın açılışında deyib.

Dövlət başçısı bildirib ki, Türkiyə Suriyada terrorçuluqla mübarizə aparır: "Onları da məhv edəcəyik. Aralıq dənizindən Cənubi Qafqazadək təkcə öz qayğımıza qalmırıq, dostlarımıza da yardım edirik. Qara dənizdən təbii qazı çıxarmağa başladıqdan sonra həm dövlətimiz, həm də xalqımız qazanacaq".скачать dle 10.6фильмы бесплатно
5-11-2021, 22:06
Baxıs: 39 616
Reyting: