"Fərat çayının şərqini terrorçulardan təmizləməkdə qərarlıyıq"

Türkiyə Suriyada Fərat çayının şərqindəki əraziləri terrorçulardan təmizləməyə qəti qərar verib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Konyadakı çıxışında deyib.

“Fəratın şərqindəki torpaqlar gündəmimizə daxildir. Orada terrorçuların yuvaları yerləşir və biz onları məhv etməkdə qərarlıyıq”, - deyə Ərdoğan bildirib.

Son bir ildə Türkiyə hökumətinin qonşu Suriyada daha bir hərbi əməliyyat keçirməsi ilə bağlı ritorikası davam edir. Ankara suriyalı qaçqınların geri qayıtması üçün orada təhlükəsizlik zonası və öz sərhədi üçün qoruyucu kəmər yaratmaq istəyir. Hazırda respublika bu mövzuda Vaşinqtonla danışıqlar aparır.скачать dle 10.6фильмы бесплатно
1-09-2019, 22:24
Baxıs: 101 892
Reyting: