allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Azərbaycanla ticarət dövriyyəsinin artırılması Türkiyə üçün prioritetdir - Ticarət Nazirliyi » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Azərbaycanla ticarət dövriyyəsinin artırılması Türkiyə üçün prioritetdir - Ticarət Nazirliyi

Azərbaycanla ticarət dövriyyəsinin artırılması Türkiyə üçün prioritetdir - Ticarət Nazirliyi Azərbaycanla ticarət dövriyyəsinin artırılması Türkiyə üçün prioritetdir.
Bunu Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd olunub ki, Türkiyənin əsas məqsədi Azərbaycanla ticarət dövriyyəsini 5 milyard dollaradək çatdırmaqdır.
2019-cu ilin yekunlarına əsasən iki ölkə arasında ticarət dövriyyəsi 2,033 milyard dolları keçib.
2020-ci ilin yanvarında Türkiyədən Azərbaycana ixrac 2019-cu ilin yanvarı ilə müqayisədə 33,58 faiz artaraq 118,318 milyon dollar təşkil edib.
Hesabat dövründə İstanbuldan Azərbaycana ixrac 45,49 faiz artıb və 69,667 milyon dollar, Ankaradan Azərbaycana ixrac 8,61 faiz artıb və 6,31 milyon dollara bərabər olub.
20:00
Baxıs: 1520
Reyting: