Metroda problem yarandı
Bakı Metropolitenində qatarların hərəkətində gecikmələr yaranıb.
Bu barədə Leqal.info-ya Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. O qeyd edib ki, “N. Nərimanov”- “Ulduz” yol mənzilində qatarların hərəkətini tənzimləyən işıqforun işini təmin edən sxemdə baş vermiş nasazlığa görə Metropoliten xətlərində qatarların hərəkətində gecikmələr olub: "Bəzi qatarlarda intervaldan əlavə olaraq 2-3 dəqiqə gecikmə müşahidə olunub”. B. Məmmədov həmçinin bildirib ki, bir neçə qatar isə qrafik üzrə interval göstəricisinə uyğun hərəkət edib. |
XƏBƏR LENTİ
Bu gün, 11:16
Dünən, 12:05
Dünən, 12:05
Dünən, 12:05



































