Ehtiyac meyarı 170, yaşayış minimumu 196 manat məbləğində təsdiqləndi

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında qanunu təsdiqləyib.

Leqal.info xəbər verir ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində təsdiq edilib.

***

Dövlət başçısı bundan başqa Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında qanunu da imzalayıb.

Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2021-ci il üçün ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib.скачать dle 10.6фильмы бесплатно
31-12-2020, 13:50
Baxıs: 41 012
Reyting: