Seninem.Az > Aktual / Manşet Yuxarı > Ehtiyac meyarı 170, yaşayış minimumu 196 manat məbləğində təsdiqləndi
Ehtiyac meyarı 170, yaşayış minimumu 196 manat məbləğində təsdiqləndiTarix: 31-12-2020, 13:50. Müəllif: admin |
Azərbaycan Prezidenti İlham Əliyev ölkədə 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında qanunu təsdiqləyib. Leqal.info xəbər verir ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində təsdiq edilib. *** Dövlət başçısı bundan başqa Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında qanunu da imzalayıb. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2021-ci il üçün ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib. Geri Qayıt |