allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info 15-20 manatlıq otel otaqları: Qiymətlər niyə ucuzdur? » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

15-20 manatlıq otel otaqları: Qiymətlər niyə ucuzdur?

15-20 manatlıq otel otaqları: Qiymətlər niyə ucuzdur?

Son vaxtlar sosial şəbəkələrdə, əsasən də “Instagram”da günlük 20-25, bəzən isə 15 manata olan otel otaqlarının kirayə verilməsiylə bağlı reklam xarakterli postlar paylaşılır. Bu tip paylaşımların hansı kontingentə xidmət etdiyi maraq doğurur. Tələb və təklif anlayışının yeni pandemiya qaydalarıyla uyğunlaşması, bu qəbildən olan otellərin hansı məqsədlər üçün istifadə edilməsini çox bariz olaraq göstərir.

Arazxeber.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az saytına açıqlama verən turizm və otelçilik üzrə ekspert Cabir Dövlətzadə bildirib ki, tələb və təklif bazarı bu və ya digər şəkildə istər-istəməz otel sahiblərini ucuz qiymətə otel otaqlarını kirayə verməyə məcbur edir:

“Bizim öz şəxsi otellərimiz var, amma bizim otaq qiymətlərimiz yüksəkdir. Bizdə minimal qiymət 30 dollardan – 50manatdan başlayır. Normalda hər bir kəsin bazara müraciət şəkli var. Elə otellər var ki, onların kirayə qiymətləri pandemiya ilə əlaqədar çox aşağıdır. Onsuz da xaricdən gələn müştəri çox az olduğu üçün daxili müştəriyə müraciət edirlər. Onların da büdcəsi az olduğu üçün, daha çox ucuz otaqları bu və ya digər şəkildə kirayəyə götürürlər.”

Mütəxəssis onu da qeyd edib ki, icarə qiymətləri yüksək olan otellər istər-istəməz bu qiymətləri aşağı sala bilmir. Aşağı saldıqları halda isə qazanclarından icarə qiymətlərini çıxarda bilmirlər. Vəziyyət bu şəkildədir. Hər kəsin özünə uyğun siyasəti mövcuddur:

“Bəzi sahibkarlar otellərin icarə haqqını 30%, 50%, bəzən də 100% tələb etməkdədir. Bu da bizim üçün müəyyən çətinliklər yaradır. Dövlət tərəfindən də bizə hər hansı bir yardım göstərilmir deyə, biz bu sahədə öz varlığımızı indiki pandemiya şəraitində çətinliklə sürdürürük.”

“İnsanların niyyətləri, onların fikirləriylə istər-istəməz üst-üstə düşməlidir. Hərə bir şəkildə oteli istifadə edə bilər. Otel sadəcə otağı kirəyələmək və orada yatmaq üçündür. Müştərilərin fikirləri və kontingentləri də fərqlidir. Xarici müştərilərin az olduğu müddətdə, daxili müştərilərdən bu və ya digər şəkildə obyekt sahibləri istər-istəməz istifadə etmək məcburiyyətində qalır və qalacaqlar. Ya qiymətləri çox bahaya verib “sürünərək” qazanmalıdırlar, 50-100 manata əsasən, ya da ki, bəziləri sırf bu şəkildə qiymətləri ucuz qoyaraq, gündə otaqları 3-4 dəfə sataraq, müəyyən bir qazanc əldə etməlidirlər.” – deyə eskpert bildirib.

Cabir Dövlətzadə ucuz qiymətli otaqları təklif edən otellər barəsində isə onu qeyd edib ki, həmin otellərin kontingent müştərisi fərqli bir məqsədlə ora gəlir və buna görə də qiymətlər ucuz qoyulur və normal olaraq da çoxlu müştəri cəlb edilir:

“Normalda isə xarici müştəri gələndə, bazar dolanda, tələb təklif məsələsi olanda, burada artıq qiymətlər avtomatik özünü müəyyən edir və qiymətlər birdən-birə qalxır. Xarici müştərilərin olmadığı təqdirdə bu kimi ucuz otaqların satışı məsələsi bazarda baş alıb gedəcək.”

Həmsöhbətimiz düşünür ki, otellər, pullarını çıxartmaq üçün qiymətləri ya aşağı seçməlidirlər, ya da aylığını 300-500 manat edərək, mənzil qiymətinə xarici şirkət müştərilərinə verməlidirlər:

“Nəzərə alsaq ki, bu əvvəllər mümkün olan bir şey deyildi. Əvvəllər xarici müştərilər üçün 1.000 AZN olan otaqların qiyməti, hazırda 3 dəfə aşağı düşüb.

Son olaraq isə otel sahibi kontingent müəyyən edir və həmin kontingentdən gələn müştərinin istifadə etdiyi otağı 10-15 manata “Instagram”da qoyaraq öz reklamını sürdürür və müəyyən yeməkləri də xidmətə daxil edir. Bu da normal düşüncəli bir insan tərəfindən başa düşülən bir haldır ki, ora hansı kəslər gedir və orada ucuz otel adıyla hansı fəaliyyətlər görülür. Belə otellər daha sonra öz adlarını bərpa edə bilmirlər.”

“Məntiqlə düşünsək, əgər 18 yaşına çatmış hər iki tərəf bu və ya digər şəkildə öz aralarında razılaşırsa, bir yerə dincəlməyə gedirsə, həmin yerlərə əxlaqsızlıq yuvası deməyimiz çox ağır olardı. Əgər həmin yerlərdə daxildə kimisə “saxlayıb”, müştəriyə təqdim edilirsə, bu artıq əxlaqsızlıq yuvasıdır.” – deyə ekspert qeyd edib.

“Otellərin ən başlıca məqsədi otağı müştəriyə satmaqdır. Ya gəlib 1-2 saat qalıb, getməlidir, ya da ki, 24 saatlıq, bəzən də 3-4 günlük həmin otağı müştəri kirayələyə bilər. Bu hər bir tərəfin öz kontingentinə uyğundur. Çünki biz kimisə günahlandıra bilmərik ki, siz nə üçün gedib orada dincəlirsiniz? Zənnimcə niyyət çox önəmlidir.”

Ekspert onu da vurğulayıb ki, loru səslənsə də “özünə hörmət” edən otellər də mövcuddur ki, onlar qiymətlərini yüksək qoyurlar və oraya digər məqsədlərlə gələn müştərilər azlıq təşkil edir:

“4-5 ulduzlu otellər də mövcuddurki, onlar əsasən xarici müştəriyə xidmət edirlər. Bu məsələlər bazarın tələbi ilə uyğun olmalıdır. Hazırda bazarın tələbi zəif olduğu üçün mən kimsəni qınamıram. İstər-istəməz bəziləri məcburiyyətdən, bəziləri isə bunu sırf peşəsi olduğu üçün bu və ya digər şəkildə həyata keçirdirlər.”
08:21
Baxıs: 25360
Reyting: