Maroş Şefçoviç: TANAP-ın açılışı göstərir ki, biz niyyətləri reallığa çeviririk

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsi olan Transanadolu qaz kəmərinin (TANAP) rəsmi açılışına bu layihənin reallaşdırılmasında əsas mərhələ kimi baxılır.

Bunu Trend-ə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib.

M.Şefçoviç qeyd edib ki, TANAP Cənubi Qafqaz boru kəməri və Transadriatik qaz kəməri (TAP) ilə birgə "Cənub Qaz Dəhlizi"nin ayrılmaz hissəsidir:

"Buna görə də Transanadolu qaz kəmərinin rəsmi açılışı mühüm mərhələdir. Belə ki, bu hissə ticari əsasda Xəzər regionundan qazı Türkiyəyə nəql etməyə imkan verəcək. Başqa sözlə, biz enerji birliyi çərçivəsində niyyətləri reallığa çeviririk və real nəticələr əldə edirik".

O bildirib ki, Avropaya enerji resursları tədarükünün təchizatçıları və marşrutlarını şaxələndirməyə xidmət edən "Cənub Qaz Dəhlizi" Avropa İttifaqının enerji təhlükəsizliyi üçün mühüm strateji layihədir:

"Biz hamımız Xəzər regionu və Avropa İttifaqı bazarları arasındakı bu "körpü"dən qazanırıq. Bizim uzunmüddətli məqsədimiz azad ticarətə, rəqabətə və tədarüklərin, mənbə və marşrutların şaxələndirilməsinə əsaslanan ümumavropa enerji bazarı yaratmaqdır. Bu onu göstərir ki, enerji birliyi Aİ sərhədlərində dayanmır və güclü xarici ölçüyə malikdir".

Qeyd edək ki, cari ildə ilk qaz TANAP vasitəsilə Türkiyəyə ixrac olunacaq. 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaq. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 milyard kubmetrədək artırıla bilər.

Xatırladaq ki, mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin təntənəli açılış mərasimi keçirilib. İyunun 12-də isə TANAP istismara veriləcək.скачать dle 10.6фильмы бесплатно
12-06-2018, 10:29
Baxıs: 80 648
Reyting: