Azərbaycanda daha 854 nəfər koronavirusa yoluxub, 19 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 854 yeni yoluxma faktı qeydə alınıb, 1 569 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 613 059 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 591 724 nəfər müalicə olunaraq sağalıb, 8 257 nəfər vəfat edib. 13 078 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 462, bu günə qədər isə ümumilikdə 5 788 891 test icra olunub.скачать dle 10.6фильмы бесплатно
23-12-2021, 19:32
Baxıs: 42 028
Reyting: