Seninem.Az > Gündəm / Manşet Yuxarı > Azərbaycanda daha 854 nəfər koronavirusa yoluxub, 19 nəfər ölüb
Azərbaycanda daha 854 nəfər koronavirusa yoluxub, 19 nəfər ölübTarix: 23-12-2021, 19:32. Müəllif: admin |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 854 yeni yoluxma faktı qeydə alınıb, 1 569 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 613 059 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 591 724 nəfər müalicə olunaraq sağalıb, 8 257 nəfər vəfat edib. 13 078 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 462, bu günə qədər isə ümumilikdə 5 788 891 test icra olunub. Geri Qayıt |